Məşhur manyak Ceffri Dahmer qurbanlarının qohumları aktyoru tənqid etdi

Məşhur manyak Ceffri Dahmer qurbanlarının qohumları aktyoru tənqid etdi

“Netflix”də yayımlanan manyak Cefri Damerdən bəhs edən "Dahmer" mini serialı növbəti sensasiyaya çevrilib.
 

Sfera.az bildirir ki, ötən günlərdə Dahmer obrazını canlandıran aktyor Evan Peters “Ən Yaxşı Aktyor” nominasiyası üzrə “Qızıl Qlobus” Mükafatı alıb.
 

Lakin Dahmerin mərasimdəki çıxışından qurbanların yaxınları qəzəblənib.
 

Dahmer qurbanı Toni Hughesun anası Şirli Hughes Petersin onun performansına görə tərifləndiyini iddia edib. Lakin onun fikrincə, Peters çıxış nitqində :
"Dahmerin cinayətlərindən əziyyət çəkən ailələri xatırlamalı və ya Hollivudun qətl hekayələri və qatilləri tərifləməyi dayandırmalı idi".

Mükafatı qəbul edərkən çıxış nitqi söyləyən Evan Peters bu filmi hazırlamaq və izləməyin çətin olduğunu etiraf edib. Lakin aktyor "həqiqətən bundan yaxşı bir şey çıxacağına ümid edirdik"ifadəsindən istifadə edib.

 

"Dünyada çoxlu xəstə insan var və qatil oynadıqları üçün mükafatlar alan insanlar bu ənənəni davam etdirirlər. Manyakların şöhrət qazanmasına səbəb olan budur”-deyə Şirli Hughes etiraz edir.
 

O, həlak olanların ailələrinin yaşadığı acı reallıqdan da danışıb.
 

“Qurbanların ailələri kompensasiya almırlar və rollardan istifadə edərkən onlardan icazə almaq üçün əlaqə saxlamağa belə ehtiyac duymurlar”.
 

Hughes “İnsanların bizim faciəmizi götürüb pul qazana bilməsi utancvericidir. Qurbanlar heç bir qəpik də görməyiblər. Amma biz bu dəhşətli emosiyaları hər gün yaşayırıq" deyib.
 

Bu arada “Monster: The Jeffrey Dahmer Story” daha iki mövsüm üçün yenilənib. Serialda gələcəkdə daha iki manyakın hekayəsindən bəhs ediləcək. Bu manyaklarn kimlər olduğu hələ məlum deyil. Ssenari Ryan Murphy tərəfindən yazılacaq.


Xatırladaq ki, Jeffrey Dahmer 1978-1991-ci illər arasında öldürülüb. Onun qurbanları 17 gənc olub. Qatil gəncləri öldürüb, təcavüz edib, bəzi bədən hissələrini yeyib, evdə saxlayıb. Dahmerin məhkəməsi ABŞ tarixinin ən qalmaqallı və bahalı məhkəmələrindən birinə çevrilib. O, 15 ömürlük həbs cəzasına məhkum edilib. 1994-cü ildə başqa bir məhbus tərəfindən döyülərək öldürülüb.
 

Serialın yayımlanmasından sonra alimlər bir çoxlarının Dahmer və buna bənzər psixopat qatilləri təkrarlamağa meylli olduğunu qeyd edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR