Logo

Zelenski BMT Baş Assambleyasının iclasında çıxış edə bilər

Zelenski BMT Baş Assambleyasının iclasında çıxış edə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də, yəni Rusiyanın bu ölkədə müharibəyə başlamasının ildönümündə BMT Baş Assambleyasının iclasında çıxış etmək üçün Nyu-Yorka səfər edə bilər.

Sfera.az xəbər verir ki, bu barədə “Associated Press” Ukrayna Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna dövlət başçısının Nyu-Yorka səfər etmək niyyəti var: “Amma təhlükəsizliklə bağlı vəziyyətə görə onun səfəri sual altındadır”.

Qeyd edilib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya fevralda çox ciddi hücum planlaşdırır: “Bu amil Ukrayna Prezidentinin səfər planını çətinləşdirir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR