Rusiya-Ukrayna danışıqları nə zaman bərpa ediləcək? – XİN rəsmisi AÇIQLADI

Rusiya-Ukrayna danışıqları nə zaman bərpa ediləcək? – XİN rəsmisi AÇIQLADI

“Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa olunarsa, çox güman ki, bu, vasitəçisiz olacaq”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.

 

O, sözügedən seçimi “ən yaxşı variant” adlandırıb:

 

“Praktika göstərir ki, Qərb vasitəçiləri çox vaxt öz məqsədlərini güdürlər. Onlar münaqişənin həlli üçün deyil, öz siyasi və iqtisadi maraqlarından çıxış edərək danışıqların gedişinə təsir göstərməyə çalışırlar”.

 

Diplomat diqqəti ötən il Ukrayna tərəfi ilə danışıqların məhz birbaşa aparıldığına yönəldib.

 

“İndiyədək biz ukraynalılarla yalnız bizə nəzakətlə təqdim olunan platformalardan istifadə edərək birbaşa əlaqə saxlamışıq və bunu həqiqətən yüksək qiymətləndiririk. Ötən ilin fevral-aprel aylarında Rusiya-Ukrayna dialoqunun üç raundu Belarusda, biri isə Türkiyədə keçirilib. Sonra demək olar ki, gündəlik əlaqə video bağlantı vasitəsilə qurulub.  Bu, ukraynalılarla birbaşa danışıqlar idi”, - deyə Polişçuk xatırladıb.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...