Rusiya və ABŞ arasında gülməli kriz - Səmada mesaj

Rusiya və ABŞ arasında gülməli kriz - Səmada mesaj

ABŞ-a məxsus döyüş təyyarəsinin Suriyadakı Rusiya aviabazasının yaxınlığında səmada penis işarəsi çəkməsi iki ölkə arasında böhrana səbəb olub.
 

Sfera.az bildirir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 təyyarəsinin Suriyadakı Rusiya bazası yaxınlığında uçan marşrutu gündəmə gəlib.
 

Hadisə, yola saldığımızın ilin noyabr ayında baş verib.
 

Ötən ay ərzində Rusiya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 təyyarəsinin uçuş radarlarında qəribə konfiqurasiya buraxdığını müşahidə edib.


“FlightRadar24”ün məlumatına görə, təyyarə Suriyada Rusiya bazasının yerləşdiyi ərazinin yaxınlığında, Kipr və Livan arasındakı marşrutu ilə penis görüntüsü yaradıb.
Açıklama yok.

ABŞ-dan açıqlama: Qəsdən edilməyib

Görüntü qısa müddətdə sosial mediada gündəm olarkən ABŞ-dan rəsmi açıqlama da gəlib.
 

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü kapitan Ryan Goss verdiyi açıqlamada hadisənin qəsdən baş vermədiyini bildirib.
 

“Şərqi Aralıq dənizində fəaliyyət göstərən KC-135 Stratotanker (RAKE71) missiya zamanı bir çox fərqli uçuş marşrutları üzrə hərəkət edib. Bu düzəlişlər və hərəkətlər qəsdən edilmiş görünə bilər. Lakin nə pilotun, nə də bizim bölmənin belə bir niyyəti yoxdur. Bunu araşdırmağa davam etdikcə, USAFE-AFRICA, AMC (Hava Hərəkətliliyi Komandanlığı) və Hərbi Hava Qüvvələri ən yüksək peşəkarlıq və aviasiya standartlarını qorumağa davam edəcəyik”-deyib.
 

Xarici mətbuat gündəmdə olan görüntülərlə hadisənin yeni bir böhrana səbəb ola biləcəyini və Rusiyanın bu “istəksiz marşrut”dan narahat ola biləcəyini yazıb.
 

İngilis mətbuatında bu xəbər “Rusiyanı ələ saldılar” kimi yer alarkən, ABŞ mətbuatı hadisənin Rusiya bazası yaxınlığında baş verdiyinə diqqət çəkib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...