Moskvada 85 yaşlı keşiş uşaq təcavüzünə görə həbs edildi

Moskvada 85 yaşlı keşiş uşaq təcavüzünə görə həbs edildi

Rusiyanın Orexovo-Zuevo şəhərində Müqəddəs Həyat Üçlük monastırının 85 yaşlı keşişi (Pravoslav Kilsəsi) Anatoli Suvorov həbs edilib. O, uşaqlara təcavüzdə şübhəli bilinir..
 

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, monastırın 18 və 23 yaşlı iki keçmiş şagirdi 2016-2017-ci illərdə Suvorov tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər. Həmin vaxt onların müvafiq olaraq 12 və 17 yaşları olub.
 

Keçən ilin payızında keşişin cinayət əməlləri məlum olub. O, köməkçisi Anton K. ilə mübahisə edib, onu monastırdan qovub. Suvorov polisə Anton K. 1,5 milyon rubl oğurladığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanı saxlayıblar və dindirmə zamanı o, keşiş tərəfindən uşaqlara qarşı cinsi istismardan danışıb. Onun sözlərinə görə, Suvorov məqsədli şəkildə Rusiya uşaq evlərindən uşaqları monastıra aparıb.Polis dindirilmə zamanı adları çəkilən iki keçmiş şagirdlə danışıb və onlar zorlama faktını təsdiqləyiblər.
 

Yanvarın 9-da təhlükəsizlik qüvvələri keşişin evində axtarış aparıb. Nəticədə onun üzərindən sistem blokları, yaddaş kartları, uşaq pornoqrafiyası olan CD və DVD-lər aşkar edilib.
 

Günahı sübuta yetirilərsə, keşişi 15 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, yanvarın 10-da Rusiyanın Krasnodar şəhərində 5 yaşlı oğlunu öldürməkdə şübhəli bilinən ər-arvadın məhkəməsi başlayıb. Uşağın meyiti ötən ilin iyununda tapılıb. Onun bədənində müxtəlif küt alətlərlə yetirilmiş 38 zərbə izi aşkar edilib.


OXŞAR XƏBƏRLƏR