Rusiyada həkimlərin xəbəri olmadan yaralı əsgərlər döyüşə göndərilir

Rusiyada həkimlərin xəbəri olmadan yaralı əsgərlər döyüşə göndərilir

Rusiyada yaralı əsgərlər Ukraynadakı döyüş bölgəsinə göndərilir.


Sfera.az bildirir ki, bu barədə Rusiya KİV-i “Agentlik” Əsgər Anaları Komitələri İttifaqının katibi Valentina Melnikovaya istinadən məlumat yayıb.
 

Melnikovanın sözlərinə görə, rus komandirləri Rusiya qanunları pozmaqla, tibb komissiyasından keçmədən, xəstəxanadan çıxan əməkdaşlarını döyüşə göndərirlər. Əsgərlər bədənlərində qəlpələrlə cəbhəyə gəlir.
 

"Ağciyərlərindən ağır yaralanaraq iki ay müalicə alan iki hərbçiyə komandirlər bildiriblər ki, onları komissiyaya yox, birbaşa döyüş bölgəsinə göndərəcəklər. Qəlpə yaraları alan bir neçə hərbçi ilə də eyni hal yaşanıb. Bədənlərindəki qəlpə çıxarılmayıb"- deyə Melnikova bildirib.


O, müharibə başlamazdan əvvəl xorası olan, infarkt və insult keçirmiş xəstələri müalicə etdikdən sonra əsgərlərin Ukraynaya qaytarılması hallarından danışıb.
 

Əsgər analarının dediyinə görə, guya Müdafiə Nazirliyinin təlim-məşq kitabçası var. Bu kitabçaya tibbi müayinə nəticəsində hər kəsin hərbi xidmətə yararlı olduğu qeyd edilir.
 

Xatırladaq ki, bu gün Ukrayna Baş Qərargahı da rusların keçmiş hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını Krımda özəl hərbi şirkətlərə cəlb etdiyini bildirmişdi. Komandanlığa əsasən, istefada olan zabitlər “Qalxan” və “Rusiç” adlı yeni özəl hərbi kampaniyalara dəvət olunurlar.
 

Həmçinin Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı Rusiyanın Xersondan geri çəkildikdən sonra Soledar və Kremennaya yaxınlığındakı döyüşlərdə elit hava desant bölmələrindən istifadə etdiyini bildirib.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR