Bu ərazilər işıqsız qalacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 13-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Zeynəddin kəndi və şəhər ərazisində yerləşən Səməd Vurğun, Arif Heydərov, Ağalı, Fariz Səfərov, Müşfiq İsayev küçələrinin bir hissəsində