Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı civəli termometr bərpa edildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı civəli termometr bərpa edildi - FOTO
Kateqoriya məlum deyil
T

Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa edilib.

Sfera.az xəbər verir ki, həmin termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər Bakının tanınan şəhər elementlərindən biri kimi diqqət çəkib. Müstəqillik illərində də fəaliyyətini davam etdirən termometr sonrakı dövrdə həmin ərazidən götürülüb.

İllər sonra termometrin yenidən əvvəlki yerində quraşdırılması paytaxt sakinlərinin marağına səbəb olub. Onun bərpası yalnız nostalji xarakter daşımır. Bu addım eyni zamanda Bakının şəhər yaddaşının qorunması və keçmişdən qalan simvolların müasir şəhər mühitində yaşadılması baxımından da diqqət çəkir.

Dünyanın bir sıra böyük şəhərlərində küçə termometrləri şəhər mühitinin tanınan elementlərindən biri kimi qorunub saxlanılır. Bakıda da isti hava şəraitinin hökm sürdüyü bu günlərdə civəli termometrin yenidən əvvəlki yerində görünməsi şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR