Qatarlarda kondisionerlər niyə normal işləmir? - RƏSMİ AÇIQLAMA
Son zamanlar ictimai nəqliyyatla bağlı müəyyən dəyişikliklər olsa da, vətəndaşların şikayəti hələ də müşahidə olunur. Xüsusilə qiymətlərin tənzimlənməsinə rəğmən, keyfiyyətin hələ də qane etmədiyi vurğulanır. Məsələn, metro vaqonlarında ya havalandırma sistemi olmur, ya da olsa belə, çox zəifdir, isti havalara görə isə əksəriyyət bundan əziyyət çəkdiyini bildirir. Eynilə avtobuslarda da vəziyyət belədir, kondisioner olsa da, zəif olur, yaxud avtobusların hərəkətində gecikmələr müşahidə edilir,