Logo

Kəmalə Ağazadədən valideynlərə ÇAĞIRIŞ: “Aşura günü azyaşlı uşaqları..."

Kəmalə Ağazadədən valideynlərə ÇAĞIRIŞ: "Aşura günü azyaşlı uşaqları..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Aşura günü azyaşlı uşaqları məscidlərdə keçirilən kütləvi mərasimlərə aparmayın”.

Sfera.az bildirir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O, bununla bağlı valideynlərə müraciət edib:

“Körpələrin, azyaşlı uşaqların saatlarla gün altında və ya müxtəlif qapalı məkanlarda saxlanması nəticəsində havasızlıq şəraiti, yüksək infeksiya riski onların səhhətində müxtəlif problemlərə yol aça bilir. Eyni zamanda, yaşlarına uyğun olmayan məzmunla tanışlıq da uşaqlarda psixoloji travmalara səbəb olur”.

K.Ağazadə bildirib ki, valideynlər bu cür həssas məqamları nəzərə almalıdırlar:

“Uşaqların sağlamlığı məsələlərinə xüsusi olaraq diqqət edin!”

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR