Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Cəmiyyət
14:05 / 15.07.2024
6418
15 iyul Ümumdünya Gənclərin Bacarıqları Günüdür.
Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ilin dekabrında qəbul etdiyi qətnaməyə (A/RES/69/145) əsasən, hər il iyulun 15-i Ümumdünya Gənclərin Bacarıqları Günü (World Youth Skills Day) kimi qeyd olunur.
Bu əlamətdar tarixin təsis edilməsində əsas məqsəd gənclərin bacarıqlarının inkişaf etdirilməsinə yönəldilən sərmayələrin əhəmiyyəti haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, işsizlik və tam məşğulluğun təmin edilməməsi kimi problemlərin həlli üzrə gənc insanların sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılmasından ibarətdir.
İlin bu günü ölkəmizin müxtəlif şəhər və rayonlarında gənclərin bacarıqlarını əks etdirən müxtəlif sərgilər, təlimlər təşkil edilir.
Fidan