Özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nədir? - AÇIQLAMA

Özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nədir? - AÇIQLAMA

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il iyunun 1-i vəziyyətinə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.1 min nəfər çoxdur. Muzdla çalışanların 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 5.5 min nəfər azalıb və özəl sektorda əmək müqaviləsi çalışanların sayı isə 28.6 min nəfər artıb. 

 

Bəs dövlət sektorunda çalışanların sayının azalmasının, əksinə özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayının artması əsasən 3 faktor ilə bağlıdır:

 

“Birincisi, ötən müddətdə qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilib. Bu da əmək müqaviləsi ilə çalışmayan bir sıra vətəndaşlarımızın rəsmi muzdla işləməsinə imkan yaradıb. İkincisi, bir sıra qanunvericilik aktlarına, xüsusən də “Vergİ Məcəlləsinə” edilən dəyişikliklər özəl sektorda daha çox iş yerlərinin yaradılmasına səbəb olub. Xüsusən də, mikro və kiçik sahibkarlıqda iş yerlərinin sayının artması müşahidə olunub. Üçüncüsü, iqitisadiyyatın bəzi sahələrində, xüsusən də xidmət sferasında yeni iş yerlərinin sayında artım qeydə alınıb ki, bu da ümumi muzdla çalışan işçilərin sayına birbaşa təsir göstərib”.

 

V.Bayramov bildirib ki, dövlət sektorunda muzdla çalışanların sayının azalması struktur islahatları və bəzi sahələrdə əməyin yenindən qiymətləndirilməsi nəticəsində əmək müqavilələrinin sayındakı dəyişikliklərlə bağlıdır:

 

“Belə ki, bu sahələrdə əməkhaqqı fondu artsa da, işçi sayında azalma müşahidə edilib. Məsələn, ötən ilin ilk 5 ayının yekunlarında dövlət mülkiyyətinin ağırlıq təşkil etdiyi təhsli sektorunda 331 min 449 nəfər çalışırdısa, bu rəqəm bu ilin iyunun 1-nə 330 min 636 nəfər təşkil edib və ya dövlət idarəetməsi və müdafiə sferasında muzdla çalışanların sayı ötən müddətdə 112 min 209 işçidən 111 min 961 işçiyə düşüb. Bütövlükdə, həm əmək müqaviləsi ilə çalışan işçilərin sayının artırılması, həm də ümumi muzdlu məşğulluqda özəl sektorun payının daha da artırılması prioritet olaraq qalmaqdadır”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Daha 33 ailə Xocalıya yola salındı

Respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin bir qrupu aprelin 28-də Xocalıya yo...

Bu gün Zərifə Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanı...

Türkiyədə zəlzələ zamanı şadlıq evində ara qarışdı - bir qadın... - VİDEO

Türkiyədə Elazığın Sivrice rayonunda baş verən 4,9 bal gücündəki zəlzələ bölgədə böyük təşvişə səbəb olub.   Sfera.az Türkiyə mətbuatına istinad...

Azərbaycan səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb

İran Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxsi cəzalandırmağa hazır olduğunu açıqlayıb.   Sfera.az xəbər verir ki, bunu İranın mə...

Türkiyədə növbəti güclü zəlzələ baş verdi

Türkiyənin Elazığ vilayətinin Sivrice ilçəsində 4,9 bal gücündə zəlzələ baş verib.     Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Föv...

Kommunal xidmətlərlə bağlı yenilik

Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atıb. "Kommunal xidmətlə...