DİM bu imtahanların vaxtını AÇIQLADI
II və III ixtisas qrupları üzrə iyulun 7-də qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur. Həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan,