DİM imtahanla bağlı müraciət etdi

DİM imtahanla bağlı müraciət etdi

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan da keçiriləcək.

 

DİM-dən Sfera.az-a verilən məlumata görə, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

 

"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

 

- İmtahana buraxılış vərəqəsi;

 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhür

lə təsdiqlənir).


OXŞAR XƏBƏRLƏR

Nazirlik: "Azərbaycan mobil internetə qoşulmada irəliləyib"

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib. Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xə...

Türkiyə vətəndaşı Azərbaycanda böyük kapitalla yeni şirkət YARATDI

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Mach Havacılık" MMC-ni dövlət qeydiyatına alıb. Sfera.az xəbər verir ki, yeni şirkətin h...

Miкayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunur - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) t...

Hindistanda dini mərasimdəki sıxlıq zamanı 107 nəfər ÖLDÜ

Hindistanın Uttar-Pradeş ştatındakı dini mərasim zamanı yaranmış sıxlıq nəticəsində 107 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

"Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır" - MSK sədri

Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır. Seçkilər zamanı müşahidəçilərə maneçilik yaradan hal olmamalıdır.   Sfera.az-ın xəbərinə...

Kremldən Viktor Orbanın Ukrayna səfərinə REAKSİYA: "Ehtiyac duymuruq..."

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib. Bu barədə Orbanın mətbuat katibi Bertalan Havaşi məlumat yayıb. “Macarıstan Baş naziri Viktor Orba...