Magistraturaya 13 mindən çox bakalavr QƏBUL OLUNDU

Magistraturaya 13 mindən çox bakalavr QƏBUL OLUNDU

İxtisaslaşma seçimində iştirak edən 15 min 660 bakalavrdan 13 min 484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

 

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Qeyd olunub ki, qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

 

Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15922 plan yerinin 84.69%-i dolub.

 

Magistraturaya qəbul 71 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, fövqəladə hallar, hava nəqliyyatı, balıqçılıq, bədən tərbiyəsi, kosmik texnika və texnologiyalar mühəndisliyi, optotexnika, yanğın təhlükəsizliyi və aktyor sənətinə uyğun olan 24, 25, 52, 54, 60, 62, 71, 74 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

 

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmiryol nəqliyyatı, dinşünaslıq, pirotexniki vasitələrin texnologiyası, çoxişlənən malların texnologiyası sahələrinə aid 8, 51, 63, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 70% və ya daha çoxu boş qalmışdır.

 

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Qızlar Universitetində plan yerləri tam (100%), Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyasında plan yerləri 95%-dən çox, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyasında 90% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə (41% və daha aşağı) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan İlahiyyat İnstitutuna aiddir.


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanı təbrik etdi

"Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edər...

Türkiyə Niderlanda qalib gəlir - CANLI

AÇ-2024-ün son 1/4 final görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, Türkiyə yığması Niderlandla qarşılaşacaq.   Qarşılaşmanın start fi...

Ərdoğan matçı stadiondan izləyir- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə ilə Niderland yığmaları arasında keçirilən oyuna baxmaq üçün Berlinə gedib. ...

"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı aparıcının ona ünvanladığı suala əsəbiləşib.   "Şən gənc" proqramında aparıcı Aysel Novruzova ona "Tanındı...

TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikas...

İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İngiltərə - İsveçrə oyunu üçün start heyətlər müəyyənləşib.   Sfera.az xəbər verir ki, komandalar Bakı ...