Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək

Bu ilin dekabr ayında hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.

 

Bu barədə Sfera.az-a Məhkəmə-Hüquq Şurasından bildirilib.

 

Qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, eyni zamanda əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının dekabrın 15-də keçirilməsi qərara alınıb.

 

"Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Məhkəmə-Hüquq Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.

 

İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcəkdir.

 

Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt ([email protected]) ünvanı vasitəsilə qəbul edilir. Hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim edə bilərlər. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62", - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirildi - FOTO

Azərbaycana səfəri çərçivəsində Vatikan Dövlətinin Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabonenin başçılıq etdiyi arx...

"BakuBus" daha bir marşrut xəttini istifadəyə verdi -Gedişhaqqı 70 qəpik

"BakuBus" 121 E nömrəli müntəzəm marşrut xəttini istifadəyə verib.   Sfera.az şirkətə istinadən xəbər verir ki, avtobuslar 12 dəqiqə interv...

Karlson Putindən sonra Zelenskidən də müsahibə aldı: "İki il çalışdıq..."

Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Volodimir Zelenski ilə müsahibəni yayımlamağa hazırlaşır.   Sfera.az bildirir ki, o, müvafiq ela...

Evi sökülən qadının polislə bağlı iddialarına RƏSMİ CAVAB - FOTO

Paytaxtın Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində A.Quliyevaya məxsus evin qanunsuz sökülməsi ilə bağlı polis idarəsində müvafiq araşdırmalar aparılmaqla ai...

ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Dünyanın müxtəlif ölkələrində futbol düşərgələri təşkil edən “Real Madrid Foundation” ABB-nin baş sponsorluğu, Footland-ın təşkilatçılığı ilə bu il ...

“Day-dayım var, sürürəm” deyərək qaydaları pozan qadın sürücü SAXLANILDI - VİDEO

Gəncədə “day-dayım var, sürürəm” deyərək idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə yol hərəkəti qaydalarını...