SABAH qruplarının məzun günü keçirildi

SABAH qruplarının məzun günü keçirildi

Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirilib. 

 

Sfera.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər. 

 

Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

 

Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib ki, SABAH-ın yaradılmasında məqsədlərdən biri həm də tələbələr arasında rəqabət mühitinin yaradılması olub:

 

"SABAH proqramı ilə ali təhsil müəssisələrinə yeni bir nəfəs gətirmək istəyirdik.10 ildən sonra nəticələrə baxanda əsaslı şəkildə böyük fərqlər görürük. SABAH-ın yaradılmasında məqsədlərdən biri həm də tələbələr arasında rəqabət mühitinin yaradılması idi".

 

Onun sözlərinə görə, SABAH-ın daha da genişləndirilməsi üçün startaplar istiqamətində böyük işlər görülür:

 

"Biz SABAH-ı bitirən tələbələri iş axtaran yox, işə götürən şəxslər kimi görmək istəyirik".

 

Elm və təhsil naziri həmçinin bu ildən başlayaraq Qarabağ Universitetində SABAH qruplarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb:

 

"Mən əminəm ki, bu gün məzun olan SABAH tələbələri də işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcək. SABAH qrupu tələbələrinin bu mənada daha böyük məsuliyyətləri var".

 

Tədbir zamanı SABAH-ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib. 

 

Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.  Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olunublar. Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş olunub. Tədbir çərçivəsində SABAH qruplarının tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib. 

 

Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirilib. 

 

Xatırladaq ki, 2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə SABAH tələbəsi adını qazanıb. 2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub.  Hazırda Elm və Təhsil Nazirliyinin SABAH qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və  bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edir.

 

Ümumilikdə SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.

 

SABAH qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədi ilə fəaliyyətə başlayıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan Azərbaycanı təbrik etdi

"Can Azərbaycanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə uğurla ev sahibliyi etdiyinə görə ürəkdən təbrik edirəm və fürsətdən istifadə edər...

Türkiyə Niderlanda qalib gəlir - CANLI

AÇ-2024-ün son 1/4 final görüşü keçiriləcək.   Sfera.az xəbər verir ki, Türkiyə yığması Niderlandla qarşılaşacaq.   Qarşılaşmanın start fi...

Ərdoğan matçı stadiondan izləyir- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2024-ün 1/4 final mərhələsində Türkiyə ilə Niderland yığmaları arasında keçirilən oyuna baxmaq üçün Berlinə gedib. ...

"Elə tərbiyə görmüşük ki, belə qələt etməmişik" - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı aparıcının ona ünvanladığı suala əsəbiləşib.   "Şən gənc" proqramında aparıcı Aysel Novruzova ona "Tanındı...

TDT-nin dövlət başçıları Azərbaycana COP29-la bağlı dəstək verdilər

Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etməkdə Azərbaycan Respublikas...

İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəldi

Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İngiltərə - İsveçrə oyunu üçün start heyətlər müəyyənləşib.   Sfera.az xəbər verir ki, komandalar Bakı ...