"Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb - FOTOLAR

"Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb - FOTOLAR

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb. 
 

Sfera.az xəbər verir ki, iyulun 1-də elm və təhsil naziri Emin Əmrullayev təcrübə proqramının iştirakçıları ilə görüş keçirib. Görüşdə ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər. 
 

Əvvəlcə "Maarifçi" tələbə-məzun təcrübə proqramına dair videoçarx nümayiş olunub. 
 

Daha sonra çıxış edən Emin Əmrullayev sözügedən proqramın gənc kadrların dövlət qulluğunu düzgün anlaması, istedadlı gənclərin dövlət qurumlarında işləməyə həvəs göstərməsi baxımından faydalı olduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb. 
 

Çıxış edən proqram iştirakçıları da öz növbəsində proqram sayəsində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını dilə gətiriblər.

 

Görüş çərçivəsində “Maarifçi”lərin proqram müddətində fəaliyyətləri, onların ictimai iştirakçılığın təmin olunmasında rolu, gənclərin karyera inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb, həmçinin təkliflər dinlənilib. 
 

Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 25 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.

 


OXŞAR XƏBƏRLƏR

Super gücə çevrilən Çinlə imzalanan bəyənnamə Azərbaycana nə vəd edir? - TƏHLİL

Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyur. 2024-cü ilin iyulun 3-də iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamənin...

Cəlal Qurbanov: "Mən birlik layihələrinin könüllüsüyəm"

Cəlal Qurbanov: "Şəhidlərimizin əmanətlərinə "qalxan" demək heç kimin həddinə deyil".   "Mənim oğlum qəhrəmandır", &quo...

ŞƏT sammitində 25 sənəd İMZALANDI

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təşkilata üzv ölkələrin liderləri 25 sənəd imzalayıblar.   Sfera.az xəbər veri...

Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək

Azərbaycanın gənc cüdoçuları Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.   Sfera.az Cüdo Federasiyasının mətbuat xidmə...

"Qətli mən törətmişəm" - Əhməd ilk dəfə DANIŞDI + VİDEO

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.   Sfer...

İlham Əliyev Astanada “Müstəqillik” Sarayına getdi - YENİLƏNDİ/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştir...