"Sabah qrupları istedadları üzə çıxarmaqda önəmli inkişaf dövrü keçirib" - Emin Əmrullayev
"Sabah qrupları yarandığı 2014-cü ildən bəri istedadları üzə çıxarmaq, onların bacarıqlarını artırmaq istiqamətində önəmli bir inkişaf dövrü keçirib". Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib. O bildirib ki, əvvəllər bilik daha önəmli sayılırdısa, indiki dövrdə fərqli bacarıqlara daha çox üstünlük verilir: "Şagirdlərimizin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr göstərir ki,