UNEC rektoru: “Universitetlərin niyə mövcud olması sualı yenidən gündəmdədir”
“Təhsilin və o cümlədən, ali təhsilin gələcəyi bütün dünyada təhsil mütəxəssisləri və təhsil menecerlərini çox düşündürür”. Sfera.az xəbər verir ki, bu sözləri UNEC rektoru, professor Ədalət Muradov bildirib. Onun sözlərinə görə, ciddi müzakirələr, yeni-yeni tədqiqatlar aparılır, konfranslar və forumlar təşkil edilir. Bu baxımdan o, Malayziyanı da istisna etməyib. Ali təhsilin gələcəyi ilə bağlı bu ölkə universitetlərində və tanınmış mütəxəssislərlə aparılan müzakirələrdə müşahidə edilmiş