"Ən ağrılı problemimiz dilin tədrisi ilə bağlıdır" - Təhsil naziri

Kateqoriya məlum deyil
T
"Bizim ən ağrılı problemimiz dilin tədrisi ilə bağlıdır".
Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda deyib.
Nazirin sözlərinə görə, dil ilə bağlı tədqiqat çoxdur, lakin dilin tədrisi ilə bağlı dərin tədqiqatlar yoxdur:
"Konkret 7-8 yaşlı uşağa dili necə öyrədə biləcəyimizlə bağlı dərin tədqiqat yoxdur. Dərsliklər yazılanda müəyyən müəlliflərin tədqiqatlarından istifadə olunur. Bu barədə tədqiqat olmadığı üçün dərsliklər yazılanda problemlərlə rastlaşırıq. Hazırda tam təkmil dərsliklərin olmamasının əsas səbəbi budur".
Firuzə Əliyeva
Sfera.az
