"Məktəblilərarası Milli Hakaton-2025" müsabiqəsinin qalibləri mükafatlandırıldı

"Məktəblilərarası Milli Hakaton-2025" müsabiqəsinin qalibləri mükafatlandırıldı
Kateqoriya məlum deyil
T

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Məktəblilərarası Milli Hakaton-2025" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, yarışa ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300 nəfəri final mərhələsinə vəsiqə qazanaraq öz layihələrini təqdim etmək imkanı əldə edib. Yarışın final mərhələsi noyabrın 28-30-da baş tutub. Bu mərhələdə komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar formasında münsiflər heyətinə təqdim ediblər.

 

Yarışın sonunda 6 qalib komanda müəyyən olunub. Tədbirdə 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar hədiyyə və sertifikatlarla təltif olunub. Digər finalçı komandalar isə iştirak sertifikatları ilə mükafatlandırılıb. Qeyd edək ki, bu müsabiqənin əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, onların İT sahəsində biliklərini artırmaq və istedadlı şagirdlər üçün gələcək inkişaf imkanları yaratmaqdır.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ