Həsən Həsənli: "Prioritet əmək bazarının tələb etdiyi mütəxəssislər yetişdirməkdir"

Həsən Həsənli: "Prioritet əmək bazarının tələb etdiyi mütəxəssislər yetişdirməkdir"
Kateqoriya məlum deyil
T

“Ölkədə əsas priorietlərdən biri informasiya texnologiyaları, rəqəmsal bacarıqlar və əmək bazarının tələb etdiyi səriştələrə malik mütəxəssislərin yetişdirilməsidir”.

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, insan kapitalının gücləndirilməsi və gənclərin inkişafı ölkənin əsas prioritetlərindəndir. H.Həsənli vurğulayıb ki, son illərdə məktəblərin kompüter və internetlə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb:

 

“Artıq məktəblərin böyük əksəriyyətində kompüter laboratoriyaları fəaliyyət göstərir və ölkədə 175 məntəqədə müsabiqə imtahanları keçirmək mümkündür”.

 

O, sonda bütün müəllimlərə, valideynlərə və təşkilatçılara təşəkkür edib. Qeyd edib ki, onların zəhməti olmadan bu uğurlar mümkün olmazdı.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ