həbs
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
Paytaxtın Suraxanı rayonu ərazisində - Heydər Əliyev prospektinin “Buta Palace”ın qarşısından keçən hissəsində baş vermiş ağır yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb. Sfera.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə sürücü 1999-cu il təvəllüdlü Fərid Məmmədova (soyadlar şərtidir) hökm oxunub. Araşdırmalarla məlum olub ki, hadisə günü Fərid dostu Kənan və onun nişanlısı Türkanı Binə qəsəbəsinə aparıb. Onlar geri qayıdarkən Fəridin idarə etdiyi “Kia Forte” markalı
Hadisə11.11.2026 17:12
Bələdiyyə sədri həbs edildi – vəzifəsindən də uzaqlaşdırıldı
Türkiyənin Dənizli vilayətində rüşvət, tenderlərə müdaxilə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilən Merkezefendi bələdiyyəsinin sədri Şəniz Doğan vəzifəsindən uzaqlaşdırılıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 27-də Dənizli Respublika Baş Prokurorluğu tərəfindən başlanılan istintaq çərçivəsində Şəniz Doğan, həyat yoldaşı Mehmet Ali Doğan və digər şübhəlilər saxlanılıb. Məhkəmənin qərarı ilə
Kriminal03.11.2026 22:43
Azərbaycanda vəzifəli şəxs həbs edildi
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib. Sfera.az xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb./apa
Cəmiyyət22.10.2026 19:54
Ayrıldığı qadını 12 güllə ilə öldürdü – HÖKM OXUNDU
Türkiyənin Diyarbəkir şəhərində 22 yaşlı İlayda Alkaşı qətlə yetirən Cemal Alpaslan ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Diyarbəkir 7-ci Ağır Cinayət Məhkəməsində keçirilən iclasda Alpaslan qəsdən adam öldürməkdə təqsirli bilinib. O, lisenziyasız silah saxlama cinayətinə görə də 2 il 6 ay həbs və 20 min Türkiyə lirəsi məbləğində cərimə alıb. Hadisə 2025-ci il iyulun 15-də baş verib. Ailəsi ilə evə qayıdan İlayda
Kriminal20.10.2026 16:54
Türkiyəyə səs salan qətllə bağlı qərar
Türkiyədə 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə qərarı açıqlanıb. Sfera.az xəbər verir ki, məhkəmə müğənni Aleyna Kalaycıoğlunun bəraətinə qərar verib. Alaattin Kadayıfçıoğlu isə qəsdən adamöldürmə cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilib. Qərardan sonra müğənni təxliyə olunarkən koridorlarda qarşı tərəfin etirazları kameralara düşüb. Xatırladaq ki, hadisə martın 19-da İstanbulun Ümraniye rayonunda baş verib. Reper Vahap Canbay keçmiş
Region16.10.2026 23:15
Kondisionerə görə müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub. Sfera.az xəbər verir ki, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti ad) müştərisi olan əcnəbi ər-arvada qarşı qeyri-etik davranış göstərib. Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub. Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsünün kobud davranışı ilə bağlı DİN-ə, Dövlət Turizm Agentliyinə, həmçinin Rəqəmsal
Maraqlı26.09.2026 22:37
Almaniyada türk qadın və əri saxlanıldı - Milyonlarla vəsait mənimənilib
Almaniyada səhiyyə sektorunda saxta hesab-faktura əməliyyatları ilə bağlı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində türk qadın və əri saxlanılıb. Səlahiyyətli orqanlar ümumilikdə 5,9 milyon avro dəyərində əmlaka həbs qoyub. Sfera.az xəbər verir ki, "Wuppertal" Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq çərçivəsində Şimali Reyn-Vestfaliya və Hessen əyalətlərində 31 yaşayış və iş obyektində axtarış keçirilib. İstintaqın mərkəzində reanimasiya xəstələrinə evdə tibbi xidmət göstərdiyi
Dünya26.09.2026 10:50
Hərbi xidmətə getməyənlər HƏBS OLUNA BİLƏR
Azərbaycanda hərbi xidmətə çağırışdan yayınma halları ilə bağlı məsuliyyət məsələsi zaman-zaman gündəmə gəlir. Xüsusilə üzrlü səbəb olmadan çağırışdan boyun qaçıran şəxslərin hansı hüquqi məsuliyyətlə üzləşə biləcəyi maraq doğurur. Bəs hərbi xidmətə getməyi gecikdirən şəxslər hansı hallarda həbs oluna bilər? Sfera.az xəbər verir ki, mövzu ilə bağlı “ konkret.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qanuni əsas olmadan hərbi xidmətə getməkdən boyun qaçırmaq cinayət məsuliyyətinə
Cəmiyyət25.09.2026 18:48
“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində “Kurtlar Vadisi” serialının ssenari müəlliflərindən biri Bayram Özbek həbs edilib. Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilir ki, o, “silahlı terror təşkilatı qurmaq və ya ona rəhbərlik etmək” və “qəsdən adam öldürməyə təhrik etmək” ittihamları ilə həbs olunub. Qeyd edək ki,
Maqazin23.09.2026 22:01
Vətəndaşları bu adla aldadan şəxs həbs edildi
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb. Sfera.az xəbər verir ki, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel" turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib. O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist
Cəmiyyət05.09.2026 19:29
Ermənistanda icma rəhbəri saxlanıldı
Ermənistanda Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan saxlanılıb. Sfera.az xəbər verir ki, o, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində tutulub. Komitədən bildirilib ki, istintaqın maraqları nəzərə alınaraq işin detalları açıqlanmır. Qeyd edək ki, Arsen Ağababyan “Həyat üçün ölkə” Partiyasının üzvüdür./demokrat
Gündəm01.09.2026 00:43
Siqaret üstündə dava - 21 yaşlı gənc həbs edildi
Lənkəranda gənc oğlan küçədə tanımadığı şəxsi döyüb. Sfera.az xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb. 21 yaşlı Musa Nəzərov (şərti adla) küçədə Ceyhundan siqaret istəyib. Ceyhun siqareti olmadığını desə də, Musa təkrar yenə onda siqaret olub-olmadığını soruşub. Bu zaman Ceyhun “Sənə dedim axı yoxdur, məni ələ salmısan ya özünü?” deyə cavab verib. Belə cavabdan sonra tərəflər bir-birini söyüblər. Nəticədə Musa yumruqla Ceyhunu vurub. Ceyhun yerə yıxılandan sonra
Hadisə29.08.2026 23:38
Köçəryandan sonra sıra Sarkisyandadır - Həbs olunacaq?
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb. Son günlər Ermənistanda kütləvi həbslər və istintaqa çağırılma halları artıb. Köçəryanın həbsindən sonra Serj Sarkisyanın da həbs edilib-edilməməsi məsələsi gündəmdədir. Maraqlıdır, Sarkisyanın da həbsi mümkündürmü? Bu həbslər hansı nəticələr doğura bilər? Mövzu ilə bağlı politoloq Taleh Əliyev Sfera.az -a açıqlama
Media27.08.2026 13:21
Balakəndə əməliyyat keçirildi: saxlanılan var
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb. Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 çətənə kolu və 21 kiloqram
Kriminal17.08.2026 11:01
Türkiyədə məşhur təriqət lideri tutuldu
Türkiyədə "Süleymançılar" dini təriqətinin lideri Əlixan Kuriş həbs edilib. Sfera.az report-a istinadən xəbər verir ki, Ə. Kuriş daxil, 32 nəfər həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Saxlanılan altı nəfər barəsində isə polis nəzarətinə verilmə qərarı çıxarılıb. Qeyd edək ki, avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən "Əlixan Kuriş cinayət təşkilatı"na qarşı istintaq başladılmış, Ə. Kuriş daxil olmaqla, 40-a yaxın şəxs saxlanılmışdı. Onlara qarşı cinayət təşkilatı
Dünya16.08.2026 12:40
Ermənistanda keçmiş deputat həbs olundu
İrəvan məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Martun Qriqoryanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib. Sfera.az xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan bildirib. Siyasətçinin adı seçicilərin rüşvətlə ələ alınması ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlərin arasında keçir. O, avqustun 13-ü səhər saatlarında saxlanılmışdı. Qriqoryan iyundakı parlament seçkisində Çiçəklənən Ermənistan Partiyasının siyahısı üzrə iştirak edib.
Region14.08.2026 15:23
Kennedinin qardaşı oğlu Rusiyada qiyabi həbs edildi
Moskva məhkəməsi ABŞ vətəndaşı Konnor Kennedi ilə bağlı qiyabi olaraq məhkəməyəqədər həbs qərarı çıxarıb. Sfera.az xəbər verir ki, Rusiya hökuməti Kennedini beynəlxalq axtarışa verib. 32 yaşlı Konnor Kennedi ABŞ Səhiyyə və Sosial Xidmətlər naziri Robert Frensis Kennedinin oğlu, ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qardaşı oğludur. Məlumata görə, Konnor Kennedinin qiyabi həbs qərarı müdafiə tərəfinin apelyasiya şikayəti rədd edildikdən sonra qüvvəyə minib. Konnor Kennediyə qarşı muzdlu
Siyasət13.08.2026 23:26
Aliment borcunu verməyən 1278 şəxs həbs olunub
2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəxs inzibati qaydada həbs edilib. Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Naziriliyindən məlumat verilib. Bildirilib ki, eyni dövrdə 116 şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 77 şəxs barəsində cinayət işi başlanıb. Həmin dövrdə aliment borcu ilə əlaqədar 1500 şəxs
Cəmiyyət11.08.2026 16:20
Nigar Fərhadın əri həbs edildi - FOTO
Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib. Sfera.az bildirir ki, iş onun faktiki rəhbərlik etdiyi “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlıdır. Bir müddətdir “AİD Group”la bağlı şikayətlər səngimirdi. Elə saytımızda da bu barədə bir neçə yazı dərc edilib. Sonuncu dəfə Nigar Fərhadın “yoxa çıxması” ilə bağlı xəbər vermişdik. Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda
Hadisə05.08.2026 16:26
Sım şəlaləsində çimən turisti söydü, həbs olundu - Qəribə OLAY
da şəlalədə çimən adamı söyən həbs edilib. Sfera.az xəbər verir ki, hadisə Sım kəndində yerləşən məşhur Sım şəlaləsində qeydə alınıb. 40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalədə olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını və sudan çıxmasını bildirib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, Həmidin sözünə məhəl qoymayıb və çimməyə davam edib. Bundan hiddətlənən Həmid də özündən çıxaraq, şəlalədə olan digər insanların içində
Hadisə05.08.2026 15:32
Qumar oyununda iştirak edənlər həbs olunacaq
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Layihəyə əsasən,
Kriminal14.07.2026 11:44
Bakıda motoxuliqanlıq edən şəxs həbs olundu
Bakıda motoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan şəxs həbs edilib. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib. Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.
Hadisə06.07.2026 22:42
Haluk Leventin qardaşı həbs edildi
Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində 18 şübhəlidən 17-si saxlanılıb. Sfera.az xəbər verir ki, sayca üçüncüsü keçirilən əməliyyat zamanı saxlanılanlardan 13-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Həbs olunanlar arasında müğənni Haluk Leventin qardaşı Berkant Acil də olub. Acil həbsxanaya göndərilib. Həbs olunanlar "cinayətkar təşkilat yaratmaq və üzv olmaq", "rüşvət", "hədə-qorxu ilə pul tələb etmək"
Maqazin30.06.2026 20:21






















