Logo

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində 18 şübhəlidən 17-si saxlanılıb.

Sfera.az xəbər verir ki, sayca üçüncüsü keçirilən əməliyyat zamanı saxlanılanlardan 13-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Həbs olunanlar arasında müğənni Haluk Leventin qardaşı Berkant Acil də olub. Acil həbsxanaya göndərilib.

Həbs olunanlar "cinayətkar təşkilat yaratmaq və üzv olmaq", "rüşvət", "hədə-qorxu ilə pul tələb etmək" və "tender saxtakarlığı" kimi cinayətlərdə ittiham olunurlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR