Sım şəlaləsində çimən turisti söydü, həbs olundu - Qəribə OLAY

Sım şəlaləsində çimən turisti söydü, həbs olundu - Qəribə OLAY
Kateqoriya məlum deyil
T

da şəlalədə çimən adamı söyən həbs edilib.

Sfera.az xəbər verir ki, hadisə Sım kəndində yerləşən məşhur Sım şəlaləsində qeydə alınıb.

40 yaşlı kənd sakini Həmid Mədətov (şərti adla) şəlalədə olarkən bir nəfərin suda çimdiyini görüb. Həmid həmin şəxsə ətrafda evlər olmasını və sudan çıxmasını bildirib. Qarşı tərəf də buranın istirahət zonası olduğunu deyərək, Həmidin sözünə məhəl qoymayıb və çimməyə davam edib.

Bundan hiddətlənən Həmid də özündən çıxaraq, şəlalədə olan digər insanların içində onu nalayiq ifadələrlə təhqir edib.

Faktla bağlı Həmid Mədətov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan Həmid Mədətov əməlindən peşman olduğunu və gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirib.

Məhkəmənin qərarı ilə o, 5 gün müddətinə inzibati qaydada həbs edilib./lent

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR