Balakəndə əməliyyat keçirildi: saxlanılan var

Balakəndə əməliyyat keçirildi: saxlanılan var
Kateqoriya məlum deyil
T

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb. Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR