Logo

Bələdiyyə sədri həbs edildi – vəzifəsindən də uzaqlaşdırıldı

Bələdiyyə sədri həbs edildi – vəzifəsindən də uzaqlaşdırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Dənizli vilayətində rüşvət, tenderlərə müdaxilə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilən Merkezefendi bələdiyyəsinin sədri Şəniz Doğan vəzifəsindən uzaqlaşdırılıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 27-də Dənizli Respublika Baş Prokurorluğu tərəfindən başlanılan istintaq çərçivəsində Şəniz Doğan, həyat yoldaşı Mehmet Ali Doğan və digər şübhəlilər saxlanılıb.

Məhkəmənin qərarı ilə bələdiyyə sədri, həyat yoldaşı da daxil olmaqla, 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Daha 12 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Həbsindən sonra sosial şəbəkədə paylaşım edən Şəniz Doğan Merkezefendi sakinlərinə müraciət edib. O, çətin günlərin geridə qalacağına inandığını bildirərək, oğlu Rəşat Çınarı sakinlərə əmanət etdiyini yazıb.

Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Doğan barəsindəki qərar Türkiyə konstitusiyasının 127-ci maddəsi və "Bələdiyyələr haqqında" qanunun 47-ci maddəsinə əsasən, müvəqqəti tədbir kimi qəbul edilib./musavat

Bələdiyyə sədri həbs edildi – vəzifəsindən də uzaqlaşdırıldı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR