Ermənistanda keçmiş deputat həbs olundu

Kateqoriya məlum deyil
T
İrəvan məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Martun Qriqoryanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə onun vəkili Arsen Babayan bildirib.
Siyasətçinin adı seçicilərin rüşvətlə ələ alınması ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlərin arasında keçir.
O, avqustun 13-ü səhər saatlarında saxlanılmışdı. Qriqoryan iyundakı parlament seçkisində Çiçəklənən Ermənistan Partiyasının siyahısı üzrə iştirak edib.
Açar sözlər:






