Asimmetrik savaş başladı: Bu ölkələr də müharibəyə qoşula bilər
Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) mövqelərinə hücum edib. Qırıcılar, döyüş gəmiləri və sualtı qayıqlardan endirilən zərbələrlə husilərin Səna, Hudeyda, Səada, Hodeyda, Taiz və Dhamar şəhərlərindəki mövqeləri vurulub. ABŞ və Böyük Britaniyanın husi mövqelərinə hücumu ciddi hadisə olsa da, effekti verməyəcək. Məsələ ondadır ki, hazırda məqsəd nə Yəmənə müdaxilə, nə də husiləri tam məhv etməkdir. Çünki hücumun olacağı ilə bağlı bir neçə gün