Zelenskidən Putinə “GİZLİ MESAJ”: Bu FOTO ilə üzə çıxdı 

Zelenskidən Putinə “GİZLİ MESAJ”: Bu FOTO ilə üzə çıxdı 

Ukrayna prezidenti Volodimir Zelenski Putinə “gizli mesaj” göndərib.

 

Sfera.az bildirir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazı dərc edib. Qeyd olunub ki, Ukrayna liderinin Estoniyanın baş naziri Kaja Kallas ilə görüşü zamanı geydiyi sviter diqqət çəkib.

 

Belə ki, Zelenskinin geyimi üzərində “48,3794° və 31,1656°” rəqəmləri görünüb. Nəşrin məlumatına görə, bu isə Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır.

 

“Məhz orada respublikanın coğrafi mərkəzi 1991-ci ilin rəsmi olaraq tanınmış sərhədləri daxilində yerləşir. Kənddə Ukrayna paralelləri və meridianlarının birləşdiyi yerdə xatirə lövhəsi var. Bununla da Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyini çatdırır. Bu, Ukrayna rəhbərinin rusiyalı həmkarına “gizli mesajı” idi”, deyə “Bild” vurğulayıb.

 

Nəşr həmçinin, Estoniya baş nazirinin Ukrayna bayrağının rənglərində kostyum geydiyini də əlavə edib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR