Prezidentin çıxışında Sarkisyan və Koçaryanla bağlı XÜSUSİ MƏQAM: Bakıya gətirilirlər?

Prezidentin çıxışında Sarkisyan və Koçaryanla bağlı XÜSUSİ MƏQAM: Bakıya gətirilirlər?

Ötən il həm də Qarabağdakı separatçı rejimin keçmiş “prezidentlərinin” və digər vəzifə tutan şəxslərin həbs olunması ilə yadda qalıb. Digər tərəfdən, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsi zamanı Bakıda istintaq təcridxanasında saxlanılan qondarma rejimin “liderlərindən” söz açıb. İ.Əliyev “O qruplaşmada sadəcə 2 nəfər çatmır, onlar da hazırda İrəvandadırlar. Onlar olsa, heyət tam formalaşacaq” deyib.

 

Maraqlıdır, bu istiqamətdə daha hansı addımlar atılacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ölkə başçısı yerli televiziyalara müsahibəsi zamanı Azərbaycanın xarici siyasətinin prioritetlərini müəyyən dərəcədə vurğulayıb:

 

“Həmçinin Qarabağda 30 il ərzində Azərbaycana qarşı işğal, vandalizm, soyqırım siyasətinin başında duran separatçı “liderlərin” həbsindən söz açıb. Burada xüsusilə iki nəfərin vurğulanması diqqət çəkir. Söhbət təbii ki, Serj Sarkisyan və Robert Köçəryandan gedir. Prezident həmin şəxslərin hələ də İrəvanda olduğunu qeyd edib. Görünür, bundan sonra Azərbaycan onlara qarşı hüquqi prosedur apara bilər”.

 

Müsahibimiz qeyd edib ki, Azərbaycan Sarkisyan və Köçəryanın həbsdə saxlanılmasına həmişə çalışıb:

 

“Əgər Ermənistanla sülh müqaviləsi imzalanarsa, Azərbaycan həmin şəxsləri İrəvandan tələb edə bilər.  Çünki onlar ölkəmizə qarşı işğalın əsas iştirakçılarıdır. Düşünürəm ki, Azərbaycan onların hüquqi cəhətdən cəzalandırılmasında maraqlıdır. Prezident də çıxışı zamanı buna eyham vurdu”.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR