Makron LAĞ OBYEKTİ oldu: Onu gey Baş nazirlə nə bağlayır?

Makron LAĞ OBYEKTİ oldu: Onu gey Baş nazirlə nə bağlayır?

Emmanuel Makronun son qərarı dünya mediasında gündəm olub.

 

Sfera.az bildirir ki, Fransa prezidentinin ölkəsini cinsi azlıqların ixtiyarına verdiyi iddia olunur. Belə ki, ötən gün “Renessans” partiyasının lideri Stefan Sejournet ölkənin Xarici İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib. 

 

Məlumata görə, 38 yaşlı Sejournet Beşinci Respublika tarixində ən gənc xarici işlər naziridir. “Bundan əlavə, onun gey olduğu hər kəsə bəllidir. Cinsi azlıq nümayəndəsi olan Sejournet həm də bu yaxınlarda ölkənin Baş naziri təyin edilmiş Qabriel Attalla münasibətdədir. Cütlük vətəndaş nikahında yaşayır”, deyə dünya mediasında vurğulanıb.

 

Bildirilib ki, 34 yaşlı Qabriel Attal da Fransa tarixində açıq şəkildə cinsi azlıq nümayəndəsi olan ilk Baş nazirdir: “Araşdırmalar göstərir ki, Attal Makronun yaxın tərəfdaşıdır. Hələ 2016-cı ildən Makronla yaxın əlaqədə olan Attal 2017-ci ildə onun seçki kampaniyasında da fəal iştirak edib və prezident seçilməsində ən yaxın dəstəyi göstərib. Sonradan yaxın “dostu” da bu dəstəyi əvəzsiz qoymayıb”.

 

Analitiklərin fikrincə, dünyada, xüsusən də, Yaxın Şərqdə artan gərginlik fonunda Makronun bu cür təyinatları bir qədər qəribə görünür. Bununla belə, yeni təyin olunan Fransa XİN rəhbəri ölkəsini ruhdan salmayacağına söz verib. “Mənə verilən dəyəri yüksək qiymətləndirirəm. Ölkəmizin bənzərsiz səsini dünyaya çatdırmağa çalışacağam", - o qeyd edib. 

 

Xatırladaq ki, Stefan Sejournet 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək. 2014-cü ildən o, Fransanın hazırkı prezidenti Emmanuel Makronun müşaviri kimi fəaliyyət göstərib, o zamanlar iqtisadiyyat naziri vəzifəsində çalışıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Putin Kurska bu generalı rəis göndərdi

Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə qube...

Vaqif Əsədov Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütü...

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.   Sfera.az məlumatına görə, Vnuk...

AZAL təyyarəsini vuran şəxsin - FOTOSU

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25 dekabrında Qroznı səmasında vurulması ilə bağlı sensasion məlumat yayılıb. &nbs...

Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat etdi

İspaniyalı motosikletçi Pau Alsina məşq zamanı dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 17 yaşlı idmançı şənbə günü səhər Saraqosa trasında düny...

Avtobus sürücüsü sükan arxasında pivə içib?- VİDEO

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.   Sfera.az xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və...