Milyarderlər siyahısında olan 5 azərbaycanlı biznesmen – SİYAHI + FOTO

Milyarderlər siyahısında olan 5 azərbaycanlı biznesmen – SİYAHI + FOTO

"Forbes" hər il dünyanın ən varlı insanlarının siyahısını təqdim edir.

 

Sfera.az xəbər verir ki, budəfəki siyahıda 5 azərbaycanlı da var.

 

Siyahıya İqtisad elmləri doktoru, Rusiyanın “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov 24,9 milyard sərvətlə başçılıq edir.

 

 

İqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Araz Ağalarov 11,9 milyard ilə ikinci yerdə qərarlaşıb. O, "Krokus intenəşnl" Şirkətlər Qrupunun prezidenti, "Krokus-Bank" idarə heyətinin sədri, Rusiya İstehsalçılar və İdxalçılar İttifaqının prezidenti, Moskva Beynəlxalq Biznes Assosiasiyasının və "Opora Rossii" ictimai təşkilatının vitse-prezidentidir.

 

 

Üçüncü yeri 6,5 milyard sərvət ilə İskəndər Mahmudov tutur. Rusiyanın mis istehsalının demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir.

 

 

Dördüncü yerdə isə 4,3 milyard ilə Qod Nisanovdur. O, 1990-ci ildə "AST" kampaniyasında işləyib, 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açıb, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" otelini alıb. 2006-cl ildə "Avropa" otelini açıb. 2000-2005-ci illərdə "Doymond Katters" MMC-də çalışıb. 2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir.

 

 

Neft və neft məhsullarının satışı üzrə ixtisaslaşan "Tansley Trading" şirkətinin sahibkarı, 1,4 milyard sərvətə sahib Fərhad Əhmədov isə milyarderlər siyahısında beşinci yerdədir.

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...

Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələri...

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiz...