MHP əfsanəvi valinin oğlunun namizədliyini irəli sürdü 

MHP əfsanəvi valinin oğlunun namizədliyini irəli sürdü 

Milliyyətçi Hərəkat Partiyası (MHP) Tokat Bələdiyyə başqanlığı üçün sürpriz bir ad irəli sürüb.


Sfera.az xəbər verir ki, MHP-nin Tokat namizəd seçimi  "Əfsanəvi vali" kimi tanınan mərhum Rəcəb Yazıcıoğlunun oğlu Mehmet Kamal Yazıcıoğlu olub.

 

MHP Tokat millət vəkili Yücel Bulut sosial media hesabından Mehmet Kamal Yazıcıoğlunun namizədliyini açıqlayıb. Yücel paylaşımında, "Tokatın unudulmaz valisi, mərhum ağsaqqalımız Rəcəb Yazıcıoğlunun oğlu, dəyərli qardaşımız Mehmet Kamal Yazıcıoğlu namizədimiz oldu" deyə qeyd edib. 

 

MHP martın 31-də keçiriləcək yerli seçkilərdə 2 böyük şəhər, 12 əyalət və 41 böyük rayon bələdiyyə başqanlığına namizədlərini açıqlayıb. MHP sədrinin müavini Sadir Durmaz verdiyi yazılı açıqlamada 55 bələdiyyə başçı namizədinin Dövlət Baxçalının təsdiqi ilə müəyyənləşdiyini bildirib. 


Əzizə


OXŞAR XƏBƏRLƏR