Kamboca səfiri etimadnaməsini təqdim etdi - FOTOLAR
Prezident İlham Əliyev iyulun 17-də Kamboca Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib. Sfera.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanın Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlər və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat,