Bir-birini qarabaqara izləyən cütlüklər, ailə üzvləri... - Güvənsizliyin kökündə dayanan ƏSAS SƏBƏB
Son zamanlar insanların bir-birinə inamı ciddi şəkildə itib. Bunu ətrafdan, sosial mediadan da müşahidə etmək mümkündür. Hətta güvən problemi elə bir həddə gəlib çatıb ki, "inanıram, güvənirəm" deyən insanlar belə cümlənin ardına bir "amma" sözünü qoyub, pulla sevgililərini, həyat yoldaşlarını öz təbirlərincə desək, sınayırlar. İnamsızlıq təkcə cütlüklər arasında deyil, qayınana-gəlin, qayınata-kürəkən arasında da yaşanır. İnsanların bu inamsızlığı kimlərinsə cibini doldurur. Belə ki, bu sahə