Rusiya ordusu daha iki qəsəbəni ələ keçirdi - RƏSMİ AÇIQLAMA

15:17 / 27.05.2024
6572
Rusiya ordusu Ukraynada keçirdikləri hərbi əməliyyatlar zamanı daha 2 yaşayış məntəqəsini ələ keçirib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi açıqlayıb.
Nazirliyin məlumatına əsasən, Ukraynanın Xarkov vilayətinin İvanovka kəndi nəzarətə götürüb. Nəzarətə götürülən digər yaşayış məntəqəsi Donetsk vilayətinin Netailovo qəsəbəsidir.
Qeyd edək ki, İvanovka kəndi Xarkov vilayətinin Kupyanski rayonunun şərqində yerləşir. Onun cənubunda Kislovka kəndi var və iki həftə əvvəl həmin kənd də Rusiya ordusunun nəzarəti altına keçib.
Vasif