NATO və Aİ Ukraynaya görə QARŞI-QARŞIYA: "Bu rəqəmə yaxınlaşa bilmədiniz"

NATO və Aİ Ukraynaya görə QARŞI-QARŞIYA:

NATO-nun Baş katibi Yens Stoltenberq Avropa İttifaqını tənqid edib.

 

Sfera.az bildirir ki, o, bu barədə Alyansın Parlament Assambleyasının sessiyasında çıxış edərkən danışıb.

 

Stoltenberq bildirib ki, Aİ Ukraynaya 1 milyon mərmi vəd etsə də, reallıq bundan çox uzaqdır:

 

“NATO ölkələri Ukraynanı bütün silahların 99%-i ilə təmin edib, lakin bu kifayət deyil. Biz Kiyevə kifayət qədər  silah göndərməmişik. ABŞ isə Ukraynaya yardım paketini müzakirə etmək üçün altı ay ərzində ciddi gecikmələr yaşadı. Digər tərəfdən, Avropa İttifaqı bir milyon mərmi sözünü verdi, lakin bu rəqəmə yaxınlaşa bilmədi”.

 

Qurum rəsmisi Kiyevə tədarükü artırmağa da çağırıb. O həmçinin Ukrayna ordusunun çoxsaylı yerli məğlubiyyətlərinin hərbi təchizatın çatışmazlığından irəli gəldiyini xatırladıb.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...