Ermənistanda etirazlar ŞİDDƏTLƏNİR: Din xadimi Paşinyanı İSTEFAYA ÇAĞIRDI

Ermənistanda etirazlar ŞİDDƏTLƏNİR: Din xadimi Paşinyanı İSTEFAYA ÇAĞIRDI

İrəvanda aksiyalar davam edir.

 

Sfera.az bildirir ki,  “Vətən naminə Tavuş” etiraz hərəkatının tərəfdarları səhər saatlarından paytaxtda dövlətlərarası avtomobil yollarını, rayonlararası yolları və küçələri bağlamağa başlayıblar. Bu barədə erməni mətbuatı məlumat yayıb. Hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan da bir gün əvvəl vəd etdiyi kimi yolu özü bağlayıb.  

 

O, Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bunları deyib: “Bir din xadimi ilə görüşə təkcə siyasətçi kimi deyil, həm də kişi kimi gəlin. Cəsarət etməyəcəyinizə əmin olsam da, ümid edirəm ki, görüşdən çəkinməyəcəksiniz. Gözümün içinə necə baxacağınızı bilmirəm. Ancaq lazımsız hərəkətlər etmədən dinc, sakit bir şəkildə getməyin vaxtı gəldi. Düşünürəm ki, insanlar da bu dinc gedişə zəmanət verəcəklər”.

 

Keşiş bazar ertəsi səhər saatlarından etirazların bərpa olunduğunu elan edib. O bəyan edib ki, İrəvanın mərkəzindəki Respublika meydanından yalnız Lori və Tavuşa gedən yollar açıq qalmalıdır:

 

“Meğridən başlayaraq bütün digər mümkün və qeyri-mümkün yollarla, hər yerdə vətəndaş itaətsizliyi aktları baş verəcək. Bütün yerlərdə.... Biz təzyiq göstərməliyik, onlara işləmək imkanı verməməliyik, çünki onların işi yoxdur, uzun müddətdir bu işdən uzaqlaşdırılıblar, heç nəyə görə məsuliyyət daşımırlar”, - o bildirib.

 

Qeyd edək ki, dünən keçirilən mitinqdə hərəkatın baş nazir postuna namizədinin Baqrat Qalstanyan olduğu açıqlanıb. O, 30 illik kilsə xidmətinin dayandırılması üçün katolikoslara müraciət edəcəyini bildirib.

 

Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşla sərhədin delimitasiyasına razılaşdığı məlum olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan Baş naziri istefaya çağırıb.

 

Günay 

 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...