Deputata sui-qəsd üçün bu qədər pul veriblərmiş - DETALLAR
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sfera.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Fazil Mustafa nümayəndəsi vasitəsilə məhkəməyə müraciət ünvanlayıb. O, müraciətdə uzun illərdir siyasətlə məşğul olduğunu, baş verən terrorun