"Paşinyan istefasını tələb edən keşiş Baqratla görüşsə..." - AÇIQLAMA

İrəvanda ümumilikdə 273 etirazçı saxlanılıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin saat 13:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis şöbələrinə aparılıblar.

 

Artıq bir neçə müddətdir, İrəvanda Paşinyan hakimiyyəti əleyhinə etirazlar davam edir. Aksiyalar aprelin 19-da İrəvanla Bakı arasında Tavuşda sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunmasından sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı istefaya çağırıb, həm də görüş tələb edib.

 

Maraqlıdır, hadisələr necə cərəyan edəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Paşinyan keşiş Baqratla görüşsə, etirazlara siyasi yük verəcək:

 

“Bundan sonra Baqratın siyasi mövqeyi güclənəcək. Fikrimcə, keşişin Paşinyanla görüşməyə cəhdi də siyasi etirazlara diqqət çəkməyə və hakimiyyətin onunla hesablaşdığını nümayiş etdirməyə xidmət edir. Ermənistan Baş naziri də keşiş Baqratın bu planından xəbərsiz deyil. Ona görə də onunla görüşüb Baqrata siyasi xal qazandırmayacaq”.

 

Müsahibimiz bildirib ki,  Paşinyan keşişlə görüşsə, Baqrat ondan istefasını tələb edəcək:

 

“Necə ki, 2018-ci ildə Paşinyan Sarkisyanla ilk görüşündə ondan istefasını tələb etdi, indi də eyni ssenarini Baqrat həyata keçirmək istəyir.  Bu da onu göstərir ki, prosesdə Serj Sarkisyan və Robert Koçaryanın da əli var və onlar siyasi revanş edirlər. Lakin kilsəyə xalqın və Qərbin dəstəyi olmadığı üçün bu aksiyalar uğursuzdur. Rusiyanın mövqeyi kifayət qədər zəifləyib. Paşinyan etirazlara lokal şəkildə güc tətbiq edəcək, onları azaldacaq. Ümumiyyətlə, Ermənistanda etiraz aksiyalarının müsbət nəticəsi regionun təhlükəsizliyini və bu ölkənin daxili siyasətini təhdid edə bilər”.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...