Zelenskidən Trampla bağlı SƏRT AÇIQLAMA: "O, heç nə bilmir"
Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Donald Trampla bağlı kəskin açıqlama verib. Sfera.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ prezidentliyinə namizəd Ukrayna münaqişəsini necə dayandıracağını bilmir. "Məncə, ona başqa cür görünsə də, o, həqiqətən də müharibəni necə dayandıracağını bilmir", - prezident qeyd edib. Zelenski əlavə edib ki, Trampdan başqa “hər şeyi 24 saat ərzində necə bitirməyi bilən” başqa siyasətçilər də var. Lakin onların bütün hərəkətləri heç bir nəticə verməyib.