Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb. Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, müdafiə və təhlükəsizlik, aspektləri, parlamentlərarası