Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi BAŞLAYIR

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi BAŞLAYIR

BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda 130-dan çox dövlət başçısı və 100-dən çox xarici işlər nazirinin iştirakı ilə başlayır. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, beş gün ərzində onlar münaqişələrin qarşısının alınması və həlli, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə, sosial-iqtisadi inkişaf və dövrümüzün digər qlobal problemlərini müzakirə edəcəklər.

 

Qarşıdan gələn həftə BMT-yə üzv 193 dövlətin, dünya qurumunda müşahidəçi statusuna malik Vatikan və Fələstinin, eləcə də Avropa İttifaqının nümayəndələri növbə ilə Baş Assambleyanın tribunasında çıxış edəcəklər.

 

Məlumata görə, Baş Assambleyanın 79-cu sessiyasının ümumi debatları BMT-nin Baş katibi Antonio Quterreş və 79-cu sessiyanın sədri Filemon Yanqın çıxışları ilə başlayacaq. Braziliya Prezidenti Luiz İqnasio Lula da Silva ənənəyə sadiq qalaraq söz alan ilk dünya lideri olacaq.

 

Braziliya prezidentini ABŞ lideri Co Bayden izləyəcək. ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftədə iştirak etməyi planlaşdırmır.

 

Debatın ilk günündə ümumilikdə 34 natiqin çıxışı planlaşdırılır. İkinci gün 40 dövlət başçısı çıxış edəcək.

 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...

Xaricdə saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə GƏTİRİLDİ

Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib.   Sfera.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Naz...

Hikmət Hacıyev Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə GÖRÜŞDÜ

Sentyabrın 23-də Bakıda Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini M.Boqdano...