Zelenskidən Trampla bağlı SƏRT AÇIQLAMA: "O, heç nə bilmir"

Zelenskidən Trampla bağlı SƏRT AÇIQLAMA: "O, heç nə bilmir"

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Donald Trampla bağlı kəskin açıqlama verib. 

 

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ prezidentliyinə namizəd Ukrayna münaqişəsini necə dayandıracağını bilmir.


"Məncə, ona başqa cür görünsə də, o, həqiqətən də müharibəni necə dayandıracağını bilmir", - prezident qeyd edib.

 

Zelenski əlavə edib ki, Trampdan başqa “hər şeyi 24 saat ərzində necə bitirməyi bilən” başqa siyasətçilər də var. Lakin onların bütün hərəkətləri heç bir nəticə verməyib.

 

Xatırladaq ki, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacağına söz verib.Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putini çox yaxşı tanıdığını bildirib.

 

Siyasətçi qeyd edib ki, Zelenski ilə söhbətində münaqişəni bir cümlə ilə bitirəcək: “Mən Zelenskiyə deyərdim: Bəsdir, müqavilə bağlamalısan”.

 

ABŞ-nin 45-ci prezidenti Tramp Putinin də danışıqlar masasına oturması üçün arqumentlər tapacağını bildirib. Onun sözlərinə görə, Moskva hərbi əməliyyatları başa çatdırmağa razılaşmasa, o zaman Vaşinqton Kiyevə daha çox yardım göstərəcək.

 

Əzizə Zeynal 
 


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...