Ukrayna daha bir nöqtədən HÜCUMA KEÇDİ - Əməliyyat genişlənir

Ukrayna daha bir nöqtədən HÜCUMA KEÇDİ - Əməliyyat genişlənir

Ukrayna ordusu Kursk vilayətinin başqa bir nöqtəsindən Rusiya ərazisinə daxil olub.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Ukrayna Hava Hücum Qüvvələrinin sosial media hesabından paylaşılıb. Xəbərə görə, Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava Hücum Briqadasının bölmələri Kursk vilayətinin fərqli nöqtəsindən Rusiya ərazisinə daxil olub:

 

“Rusiyanın Kursk bölgəsində əməliyyatın başlamasından bu yana Rusiya sərhədini keçmək üçün ikinci uğurlu əməliyyatdır”.

 

Xatırladaq ki, Ukrayna ordusu bu ilin avqustun 6-da Kursk vilayətinə hücum edib və rəsmi məlumatlara əsasən, 1300 kvadrat kilometrdən çox ərazi nəzarətə götürülüb. Uzun müddətdir ki, əməliyyatlarla bağlı məlumatlar verilmirdi. Yeni xəbər əməliyyatların genişlənməkdə olduğunu göstərir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR