“Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir” - Prezident

“Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir” - Prezident

Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar”.

 

Sfera.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

 

Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulduğunu və mövcud əlaqələrin uğurla davam etdirildiyini diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir.

 

Prezident İlham Əliyev bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir.

 

“ADEX” ilə paralel olaraq, hüquq mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirən “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin də keçirildiyini bildirən Azərbaycan Prezidenti bu sərgidə nümayiş etdirilən məhsulların da iştirakçılar tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.


OXŞAR XƏBƏRLƏR

Qarabağ və Şərqi Zəngəzura ayrılacaq vəsaitin həcmi...

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 mil...

Sumqayıtda şagirdlər məktəbdə zəhərləniblər? - AÇIQLAMA

Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində 6-cı sinifdə oxuyan iki şagird sentyabrın 23-də dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikl...

DYP-dən xəbərdarlıq: Bu yol 2 ay bağlı olacaq!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol...

Baş nazirdən müjdə: 2 milyondan çox vətəndaş...

2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.   Sfera.az Nazirlər Kabinetinə isti...

Azərbaycan yeni minaatan istehsal etdi

Azərbaycan yeni minaatan istehsal edib.   Sfera.az axar.az-a istinadən bildirir ki, çapı 60 mm minaatan ilk dəfə bu gün Bakıda keçirilən ADEX-20...

Hökumət gələn ilin büdcə layihəsiniPrezidentətəqdim edəcək

Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç...