"Ruslar ukraynalı məhbuslara işgəncə veriblər" - BMT
BMT Rusiya Federasiyasında və işğal olunmuş ərazilərdə ukraynalıların işgəncələrə məruz qalması ilə bağlı yeni sübutlar tapıb.
Sfera.az xəbər verirki, bu barədə BMT-nin saytındakı hesabatında bildirilib.
“Komissiyanın işgəncə halları ilə bağlı sonrakı araşdırmaları göstərir ki, Rusiya hakimiyyəti Ukraynanın sonradan nəzarətə götürdüyü bölgələrdə işgəncədən istifadə edib. Yeni sübutlar Komissiyanın Rusiya hakimiyyət orqanları tərəfindən törədilən işgəncələrin geniş yayıldığına dair ilkin qənaətini təsdiqləyir”, - hesabatda qeyd olunub.
Komissiya Rusiya hakimiyyət orqanlarının işgəncələrdən istifadəsində əlavə ümumi elementləri müəyyən edərək, bu təcrübələrin sistematik olması barədə ilkin nəticələri təsdiqləyib:
“Bu elementlərdən biri Rusiya Federasiyasında Ukraynadan olan məhbuslara saxlandıqları azadlıqdan məhrumetmə yerlərində zorakılıq üsullarının təkrar tətbiq edilməsidir. Bu təcrübə Ukraynanın işğal olunmuş ərazilərindəki bir neçə böyük penitensiar müəssisədə müşahidə olunur.Sübutlardan çıxan digər ümumi element Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının əməkdaşlarının Komissiya tərəfindən araşdırılan bütün azadlıqdan məhrumetmə yerlərində işgəncələrə koordinasiyalı şəkildə cəlb edilməsinə işarə edir. Əsasən kişilərə qarşı cinsi zorakılığın sistematik şəkildə tətbiqi işgəncə üsulu kimi də istifadə olunur”, - BMT qeyd edib.
Bundan əlavə, Komissiya keçmiş məhbusların Rusiya Federasiyasındakı həbsxana işçiləri haqqında pis rəftar etmələrini göstərən ifadələrini də nəzərə alıb.Sübutlar onu da göstərir ki, bəzi həbs yerlərində pis rəftara dair göstərişlər Rusiyanın yüksək vəzifəli məmurları tərəfindən verilib və onlar bunu dayandırmaq üçün tədbir görməyiblər.
Firuzə Əliyeva