Prezident bu qanunu imzaladı - NƏLƏR GÖZLƏNİLİR?
Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Sfera.az xəbər verir ki, yeni dəyişikliklər ilə son illər daha çox müşahidə edilən miras ilə bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir. Belə ki, son illər dünyasını dəyişmiş şəxsən övladları arasında bir sıra hallarda mirasa, yəni əmlaka və sərvətə sahib olmaq ilə bağlı mübahisələrin